PKK terror təşkilatının daha bir qolu olan HPG İmralı həbsxanasındakı Abdullah Öcalanın atəşkəs çağırışına qoşulub.
NOCOMMENT.az xəbər verir ki, “Report” bu barədə “A Haber”ə istinadən məlumat yayıb.
Qeyd olunub ki, PKK İran – İraq sərhədindəki Kandil bölgəsində elan etdiyi atəşkəs bütün qruplara aiddir: “Hər kəs bu qərara əməl etməlidir. Qərardan kənara çıxma hallarına yol verilməməlidir”.
Xatırladaq ki, daha əvvəl PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib. Bunun ardınca PKK terror təşkilatı Kandildə atəşkəs elan edib.