PKK terrorçularının qurbanlarının şəxsiyyəti məlum olubbackend

PKK terrorçularının qurbanlarının şəxsiyyəti məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən onunun şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib. O, qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının sığındığı mağarada 13 mülki şəxsin meyitini aşkarlayıb.