PKK və FETÖ-yə qarşı əməliyyat: 54 həbs qərarıbackend

PKK və FETÖ-yə qarşı əməliyyat: 54 həbs qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu terror təşkilatları PKK/KCK və FETÖ ilə bağlı araşdırmalarda şahid ifadələri, HTS qeydləri və təşkilat üzvlərinin rəqəmsal material araşdırmalarından əldə edilən sübutlarla fəaliyyətləri deşifrə edilən 54 şübhəli barəsində həbs qərarı verib.

NOCOMMENT.az xəbər verir ki, PKK/KCK terror təşkilatı ilə əlaqəli fəaliyyətləri aşkarlanan 49 şübhəli və FETÖ terror təşkilatına aid 3 şirkətin sahibi olan 5 şübhəli olmaqla ümumilikdə 54 şübhəlinin eyni vaxtda saxlanılmasına qərar verilib.

Şübhəlilərin tutulması üçün əməliyyatlar davam etdirilir.

NOCOMMENT.AZ