Plastik cərrah jurnalistin ittihamlarına cavab verdibackend

Plastik cərrah jurnalistin ittihamlarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Qənirə Ataşovanın həkimlərlə olan qalmaqalı davam edir. Qənirə Ataşovanın sosial şəbəkə hesabında plastik cərrah Elnur Mehrəli ilə bağlı tənqidi paylaşım edib.

NOCOMMENT.az sözügedən mövzu ətrafında qalmaqalda adı hallanan həkim, plastik cərrah Elnur Mehrəli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında özü ilə bağlı olan ittihamlara aydınlıq gətirib:

“Son zamanlar haqqımızda jurnalist Qənirə Ataşovanın paylaşmış olduğu həqarət və təhqir dolu paylaşımlar heç bir həqiqəti əks etdirmir. Qənirə xanım öz paylaşdığı dırnaq arası həkimlərin siyahısında bizim adımızdan istifadə edilməsindən xəbərinin olmamasının iddia etməsi çox böyük təəssüf doğurur. Çünki hər hansı araşdırma aparmadan və bir peşəkar doktorun 18 illik iş təcrübəsinə kölgə salmağa yönələn hərəkətlər nə peşəkarlığa, nə də vicdani hisslərə sığışmır. Ona görə də Qənirə Ataşovanın haqqında bizimlə heç bir əlaqəsi olmayan rəsmi səhifələrimizdə belə paylaşılmayan sosial media dələduzlarının adımızdan istifadə etməklə montaj yolu ilə post hazırlayıb paylaşmasını kəskin şəkildə pisləyirik. Bunu edənlər qanun qarşısında cavab verməlidirlər və verəcəklər də.

Rəsmi şəkildə bəyan edirik ki, bizim adımızdan heç kimsənin mövqeyimiz barədə danışmaq və paylaşm etmək haqqı yoxdur! Haqqımızda məlum paylaşımlardan bir ay keçməsinə baxmayaraq, biz nə bu siyahıya, nə də onu yazanlara cavab vermədik. Bunlar əvəzimizə saxta, montaj olunmuş paylaşım verib aranı qarışdırmaq, provokasiya yaratmaq və ləkə atmaq istəyən dələduzların işidir! Bir daha bəyan edirik ki, sözügedən postda adımızdan söyüş, yaxud hər hansı bayağı ifadələrin yazılmasndan heç bir əlaqəmiz yoxdur”.

Plastik cərrah mövzunun qanuni tərəfini belə şərh edib:

“Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Dövlət Tibb Universitetin, eləcə də Plastik Cərrahiyyə diplomunu qanuna müvafiq təhsil alaraq nail olmuşuq. Buna şübhəsi olanlar aidiyyatı dövlət orqanlarına müraciət edə bilərlər. Dövlətimizdən aldığımız qanuni sənədlərə yenə də şübhə edərlərsə deməli ümumiyyətlə dövlətimizə şübhə ilə yanaşırlar.

Bəyan edirik ki, bizim peşə və əmək həkim fəaliyyətimiz qanunidir, Azərbaycan dövlətinin qanunlarına söykənir və diplom, sertifikasiya sənədlərində əks olunub.

Qeyd etmək istəyirik ki, biz bir daha araşdırma aparılması üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişik. Əminik ki, ən qısa zamanda hüquq mühafizə orqanları tərəfindən istintaq aparılaraq, adımızdan yalançı böhtan dolu paylaşımlar edənlər öz cəzalarına çatacaqlar!”