“Pobeda” bloku: Kişinyovdakı Rus Evinin bağlanması vətəndaşların maraqlarına cavab vermirbackend

“Pobeda” bloku: Kişinyovdakı Rus Evinin bağlanması vətəndaşların maraqlarına cavab vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova hakimiyyətinin Kişinyovdakı Rus Evini bağlamaq qərarı respublika vətəndaşlarının maraqlarına cavab vermir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Moldovanın “Pobeda” müxalifət blokunun bəyanatında deyilir.

“Pobeda bloku Rusiya ilə mədəni əməkdaşlıq haqqında sazişdən çıxmağı təsdiq edən xarici siyasət və Avropaya inteqrasiya üzrə parlament komissiyasının qərarını pisləyir”, – bəyanatda deyilir.

“Pobeda” bloku qərarın Brüsselin maraqları nəzərə alınaraq verildiyini iddia edir.

Bundan əvvəl Rusiyanın Kişinyovdakı səfirliyi Moldova hakimiyyətinin Rus Evini bağlamaq qərarını pisləyib, bunu tələsik və ikitərəfli razılaşmalara zidd adlandırıb.