Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Arianna Podesta bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya tətbiq olunan sanksiyaların iqtisadiyyata zərər verdiyinə əmindir və Rusiya üzərində təzyiqi davam etdirmək lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Interfax xəbər verir.
“Rusiyaya təzyiqi qoruyacaq sanksiyalar dünən Vaşinqtonda keçirilən görüşdə müzakirə mövzusu olub. Avropa bu təzyiqi davam etdirəcək, ta ki möhkəm və davamlı sülh bərqərar olmayana qədər”, – Podesta Brüsseldə keçirilən brifinqdə deyib.