Podolyaka: Qarabağda fosforlu bomba tamaşasıbackend

Podolyaka: Qarabağda fosforlu bomba tamaşası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın guya fosforlu bombadan istifadə etməsi erməni tamaşasıdır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Podolyaka öz yutub kanalında deyib.

Ekspert Ermənistanın Azərbaycanın guya fosforlu bombadan istifadə etməsi barədə yaydığı videonu şərh edib: “Əgər “Bars Media Documentary Film Studio” yutub kanalında paylaşılmış bu çarxa baxsanız, onun səngərdəki əsgər tərəfindən deyil, peşəkar operator tərəfindən çəkildiyini görəcəksiniz. Bu kanalın bütün videoları bir operator tərəfindən çəkilib və eyni ssenaristlərin işidir.

Diqqət edəndə görünür ki, yanğın ocaqlarının sayı çox azdır, baxmayaraq ki, bu, fosfor bombardmanı zamanı yüzlərlə olmalıdır. Bu, fosforlu döyüş sursatlarının tətbiq edilmədiyini sübut edir. Meşəni bu qədər az “raketcik”lə yandırmaq qeyri-realdır. Təsadüfi deyil ki, mərmilərin qəlpələri yanğın ocaqları yaratmayıb. Bütün bunlar onu göstərir ki, ermənilərin sözügedən videosu da yalandır”.