Pol Kruqman ABŞ-da siyasi ekstremizmin artacağı ilə bağlı xəbərdarlıq edibbackend

Pol Kruqman ABŞ-da siyasi ekstremizmin artacağı ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə ABŞ-da demokratiya dönməz şəkildə dəyişə bilər. Fəlakətin səbəbi siyasi ekstremizmin böyüməsi deyil, ilk növbədə ikinci dəfə seçkiyə qatılmağı planlaşdıran hazırkı ABŞ prezidenti Co Baydenin yaşı ətrafında mübahisələr olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikri iqtisadçı, Nobel mükafatı laureatı Pol Kruqman “The New York Times”ın köşə yazısında bildirib.

Onun sözlərinə görə, Baydenin yaşı ilə bağlı qalmaqal riskləri var. Noyabrın 20-də Baydenin 81 yaşı tamam olub.

Kruqman həmçinin xüsusi prokuror Robert Hurun Baydenin “yaddaşı zəif olan yaşlı bir adam” olduğunu yazan hesabatını şərh edib. İqtisadçının fikrincə, bu, bürokratların öz sərhədlərini aşmasıdır – ya ehtiyatsızlıqdan, ya da qəsdən.

Məqalə müəllifi Baydenin yaşının çox olduğunu etiraf edib, eyni zamanda siyasətçinin səmərəli fəaliyyətini qeyd edib. Kruqmanın fikrincə, Baydenin ABŞ prezidenti kimi fəaliyyəti onun sələfi Donald Trampın işi ilə müqayisədə daha səmərəli olub.