Pol Qobl: Rusiya Qarabağda məğlub oldubackend

Pol Qobl: Rusiya Qarabağda məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qarabağ müharibəsində məğlub tərəfdir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Kreml Qarabağa ordu yerləşdirmək istəmirdi: “Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə son çarə olaraq belə bir addım atdı. İki ay əvvəl Rusiya xalqı qələbə qazandığını düşünürdüsə, indi məğlubiyyət olduğunu başa düşür. Rus xalqı Qarabağda yerləşdirilən rus sülhməramlılara maliyyə ayrılmasını istəmir”.

Qobl, həmçinin Dmitri Medvedyevin ötən günlərdə Qarabağın Rusiyanın status məsələsini müzakirə etmək istəməməsinin Ermənistanda böyük bir qəzəbə səbəb olduğunu da vurğulayıb: “Dmitri Medvedyev ötən günlərdə öz çıxışı zamanı hazırda Qarabağın statusu məsələsinin müzakirəsi üçün uyğun vaxt olmadığını vurğuladı. Ermənilər bütün baş verənlərə və status məsələsinin Kreml tərəfindən müzakirəyə çıxarılmamasına görə böyük xəyanətlə üzləşdiklərini düşünürlər”.