Polad Bülbüloğlu İrəvana çağırış etdibackend

Polad Bülbüloğlu İrəvana çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı İrəvanı sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır, Qarabağdakı müharibə bitdi.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində deyib.

“Müharibənin bitdiyini, qarşıdurmanın keçmişdə qaldığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, sülh müqaviləsi imzalamasına və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşdığımızı dəfələrlə bildirmişik”, – deyə səfir qeyd edib.

O bildirb ki, erməni tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini təxirə salmağa çalışır və bununla da bütün bölgənin hərtərəfli inkişafı üçün yeni şərtlərin yaradılmasına mane olur:

“Dövlət başçılarımız tərəfindən təyin olunmuş tapşırıqları yerinə yetirmək üçün maksimum səy göstərməliyik”.

Rus sülhmərmalılarının qalma müddətinə gəlincə, diplomat bildirib ki, bu gün bu barədə danışmaq hələ tezdir:

“Azərbaycan Respublikası ərazisində müvəqqəti məskunlaşmış Rusiya Federasiyasının sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar vəzifələrin icrasını davam etdirir”, – deyə Bülbüloğlu vurğulayıb.