Polad Həşimovla bağlı film çəkilişi üçün tenderin qalibi məlum oldubackend

Polad Həşimovla bağlı film çəkilişi üçün tenderin qalibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyi gənclər arasında vətənpərvərlik hisslərinin artırılması məqsədilə Aprel döyüşlərinə həsr edilmiş bədii filmin hazırlanması ilə əlaqədar tender elan edib.

NOCOMMENT-in məlumatına görə, tenderin qalibi 49 min 560 manatla “Kvanç” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Nazirlikdən bildirilib ki, filmin adı hələ dəqiqləşdirilməyib: “Bu, çəkiliş tam bitəndən sonra bilinəcək. General Polad Həşimovun qəhrəmanlıqlarından bəhs edən qısametrajlı bədii filmdir. Respublikanın əməkdar və xalq artistləri iştirak edəcəklər”.