Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı oldubackend

Polad Həşimovun büstününxatirə muzeyinin açılışı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.

NOCOMMENT.az-ın məlumatına görə, “Report”un əməkdaşı xəbər verir ki, mərasim Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanları və digər qurumların rəhbər şəxsləri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri və təhsil nazirinin sektor müdiri iştirak edib.

Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəbi- bədii kompozisiya nümayiş olunub.

Sonra xatirə muzeyinin rəmzi açılışını bildirən lenti kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar. Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan fotolar, şəxsi əşyaları, sənədlərin surətləri, kitablar nümayiş olunur.

Polad Həşimovun şəhid olduğu günə təsadüf edən tədbirdə çıxışçılar qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsindən bəhs ediblər.

Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.