Polad Ömərov müxalifətçi qadını niyə öldürtmək istəyib?backend

Polad Ömərov müxalifətçi qadını niyə öldürtmək istəyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftənin əvvəlində Çexiya ABŞ-da İran hakimiyyətinin məşhur tənqidçisinin qətlinə hazırlıq ittihamı irəli sürülən Gürcüstan azərbaycanlısı Polad Ömərovu ekstradisiya edib. Bu barədə fevralın 21-də FTB məlumat yayıb. 39 yaşlı Ömərov Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında FTB-yə təhvil verilib və xüsusi reyslə ABŞ-a aparılıb. O, 2023-cü ilin yanvarında Çexiyada həbs edilib. Ömərovun eksradisiyuasına görə FTB direktoru Kristofer Rey şəxsən Praqaya gedib.

Hadisənin təfərrüatı isə belədir.2022-ci ilin avqustunda Amerika polisi İranda qadınlara qarşı repressiyanı kəskin şəkildə tənqid edən məşhur hüquq müdafiəçisi Məsihə Əlinejadın öz evində öldürməyə cəhd edən Azərbaycan vətəndaşı Xalid Mehdiyevi həbs edib. Onun maşınında “Kalaşnikov” avtomatı tapılıb. Müşahidə kameraları qatilin iranlı dissidenti təqib etdiyini qeyd edib. Məlum olub ki, Mehdiyev bir neçə dəfə evi izləyib, Əlinecatı izləyib və onu güllələməyi planlaşdırıb.
NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, bundan sonra qətlin planlaşdırılmasında azərbaycanlı kriminal avtoritetlərin Rüfət Əmirova və Polad Ömərovun da iştirakçı olduğu üzə çıxıb. Bundan sonra onlara sui-qəsd hazırlamaq ittihamı irəli sürüb. ABŞ Prokurorluğunun keçən il Nyu-Yorkda möhürlənmiş rəsmi ittiham aktında deyilir ki, Ömərov və onun şərikləri Şərqi Avropada fəaliyyət göstərən cinayətkar dəstənin üzvləridi. Prokurorluq Ömərovla qrupun digər üzvləri arasında yazışmalar əldə edib. Ömərov qrup üzvlərindən birinə yazıb: “Bu iş bu gün başa çatacaq, qardaş”. Bu mesaj Əlinecatı öldürmək üçün göndərilən qatil Xalid Mehdiyevin həbsindən bir neçə saat əvvəl göndərilib. İttihama görə, Mehdiyev iranlı jurnalistin dərhal öldürülməsi barədə göstərişi qrup üzvü Rüfət Əmirovdan alıb. İşdə iştirak edən digər şəxs Zialət Məmmədova da rəsmi ittiham irəli sürülüb. O, hazırda Çexiya həbsxanasındadır və ABŞ-a ekstradisiyasını gözləyir.Məsih Əlinejata qarşı sui-qəsd cəhdi ilə əlaqədar ABŞ hakimiyyəti daha 4 İran vətəndaşına qarşı ittiham irəli sürüb, onlardan biri kəşfiyyatçıdır. Lakin iranlıları həbs etmək hələ ki, mümkün olmayıb.

Ötən ilin yanvarın 4-də Polad Ömərov Çexiyada həbs edilib. Polad Ömərov 2014-cü ildən mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) sayəsində kriminal aləmə daxil olub. Polad Ömərovun tərcümeyi-halı “zəngindir”. O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil. O, Qazaxıstan, Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Lakin Polad Ömərov “qanuni oğru” adı almayıb. Ümumiyyətlə, xəbərlərə görə, onun potensial qurbanları əsasən, müxtəlif vaxtlarda Quliyə qarşı çıxanlar olub. Polad Ömərovun Lotu Qulinin qan qohumu olduğu deyilir.
Yanvarın 27-də Rafet Əmirov da Özbəkistanda saxlanılıb. Musavat.com-un xəbərinə görə, Rafet Əmirov əslən Şirvandadır, “Əlibayramlınski” ləqəbi ilə tanınır. Onun daha bir qardaşı Rüfət Əmirov da kriminal dairələrdə tanınmış avtoritetdir. Onların əvvvəllər Qulinin klanında olduğu deyilir. Rusiya nəşrləri iddia edirdi ki, Qulinin qətlindən cəmi üç ay sonra isə Rafeti döyüblər və “qanuni oğru” titulu “stoplanıb.”
Polad Ömərov Nyu-Yorka gətirilib və onu həbs edən məhkəmə qarşısına çıxıb. Prosesdə Ömərov bildirib ki, ittihamı qəbul etmir. Əlinejat öz sosial səhiufəsində yazıb ki, ona sığınacaq verən ölkə məni yenidən doğma İranın qatil rejimindən xilas etdi. . Məhkəmədə çıxış etmək fürsətini səbirsizliklə gözləyirəm”.