Poliklinikalar yumşalmalardan sonra fəaliyyətlərini qrafik üzrə bərpa ediblərbackend

Poliklinikalar yumşalmalardan sonra fəaliyyətlərini qrafik üzrə bərpa ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda karantin qaydalarının yumşalmasından sonra poliklinikaların öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibb heyətinin tam şəkildə iş cədvəlinə uyğun işləyir”.

NOCOMMENT xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.

Onun sözlərinə görə, indi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər: “Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır. Pasiyentlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə qəbula yazılmadan da düşmək mümkündür”.