Polis əməkdaşı saxta COVID-19 pasportu satır? – AÇIQLAMAbackend

Polis əməkdaşı saxta COVID-19 pasportu satır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev saxta COViD-19 pasportu satdığı yerdə saxlanıldığı iddia edilib.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, E.Xankişiyevin Neftçala RPŞ-nın rəisi Vüsal Şəbəndiyevin adamı olduğu və müxtəlif adamlara saxta COViD-19 pasportu satdığı qeyd edilib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub: “Hazırda Neftçala RPŞ-də xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir”.