Polis həyat yoldaşını şöbədə güllələyərək öldürübbackend

Polis həyat yoldaşını şöbədə güllələyərək öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda polis əməkdaşı şöbədə həyat yoldaşını xidməti silahdan açdığı atəşlə qətlə yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. İ.Məmmədov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.