Polis maşınının şüşəsini sındıran cəbhəçi HƏBS EDİLDİbackend

Polis maşınının şüşəsini sındıran cəbhəçi HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 11-də saat 16 radələrində Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısındakı aksiya zamanı saxlanılan şəxs məhkəmə qarşısına çıxarılıb.

NOCOMMENT xəbər verir ki, Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Rövşən Məmmədov polis avtomobilinə ziyan vurmaqda ittiham edilərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs cəzası alıb. AXCP-nin Salyan şöbəsinin üzvü olan R.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510 (Xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, sözügedən aksiyadan sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq razılaşdırılmamış aksiyaya cəhdin qarşısının alındığı bildirmişdi: “Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib”.