Polis Mətanət İsgəndərlinin oğlu ilə bağlı araşdırma başlatdıbackend

Polis Mətanət İsgəndərlinin oğlu ilə bağlı araşdırma başlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsi əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin qızını döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırma başladıb.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, vətəndaş Aynur Vaqif qızı Həmidova polis bölməsinə dəvət olunub və izahatı alınıb: “Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Aynur Həmidovanın övladının atası tərəfindən işgəncələrə məruz qalmasına dair iddiaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də araşdırma başladıldığını bildirmişdi.

Xatırladaq ki, Aynur Həmidova işgəncə ilə bağlı fotoları sosial şəbəkədə yaysa da, bu barədə polisə müraciət etməyib.