Polis mülki geyimdə gözəllik salonlarında reyd keçirdi – VİDEObackend

Polis mülki geyimdə gözəllik salonlarında reyd keçirdi VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, budəfəki reyd paytaxtın Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında keçirilib.

Belə ki, mülki geyimdə olan polis əməkdaşları tərəfindən keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Eyni zamanda hərəkət iştirakçıları və sürücülərlə profilaktik söhbətlər aparılıb.

Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində, gözəllik salonlarında eləcə də digər qapalı məkanlarda, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə bu kimi kütləvi yoxlama-nəzarət tədbirləri bütün ölkə üzrə mütəmadi olaraq həyata keçirilir.