Polis onlayn narkotik satan şəxsi saxladıbackend

Polis onlayn narkotik satan şəxsi saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları onlayn şəkildə narkotik satışı ilə məşğul olan şəxsi aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onlayn şəkildə narkotik vasitələri satmaqda şübhəli bilinən Qubadlı rayon sakini Şamil Məhərrəmov saxlanılıb.

Onun üzərinə və əlindəki çantaya baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.