Polis qəza törədib, iki nəfər yaralanıb: DİN araşdırmalara başladı – FOTObackend

Polis qəza törədib, iki nəfər yaralanıb: DİN araşdırmalara başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

NOCOMMENT  xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, polis əməkdaşı sürücülük vəsiqəsi olmadan yol-nəqliyyat hadisəsi törədib və hazırda məsələ barədə düzgün araşdırma aparılmır.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabr ayının 28-də Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə iki nəfərin xəsarət alması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar polis əməkdaşları hədisə yerinə gələrək müvafiq araşdırma aparıb, avtotexniki ekspertiza təyin edilib. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Sona Murodavanın idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Qazax rayon sakini, RPŞ-də polis sahə rəisi vəzifəsində işləyən, polis leytenantı İmran Göyüşovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə Sona Muradova və onun avtomobilində olan sərnişin Maya Bağırova müxtəlif bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir, ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

“Polis əməkdaşının sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə gəlincə, hazırda həmin əməkdaş barəsində xidməti yoxlama aparılır” – deyə o qeyd edib.