Polis Qusarda əməliyyat keçirdi: saxlanılanlar varbackend

Polis Qusarda əməliyyat keçirdi: saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıblar.

NOCOMMENT.az DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu götürülüb.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.