Polis Sabunçuda fahişəxana açan qadını saxladı – FOTObackend

Polis Sabunçuda fahişəxana açan qadını saxladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis tərəfindən sosial şəbəkələrdə paylaşılan məlumat əsasında Sabunçu qəsəbəsi ərazisində yerləşən kafelərin birində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev qeyd edib ki, əxlaqsızlıq yuvasını təşkil etməkdə şübhəli bilinən kafenin icarədarı, Balakən rayon sakini, əvvəllər də fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə məhkum olunmuş Sona Cumayeva saxlanılıb: “Faktla əlaqədar Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) və 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi başlayıb. İstintaq hərəkətləri davam etdirilir”.

Qeyd edək ki, problemi işıqlandıran sosial şəbəkə istifadəçisi bildirmişdi ki, fahişəxananın sahibi Sona adlı qadınıdır: “Şəkildə işarələdiyim yerdir. Sona xanım məşhur bağlanan Pəhləvanlar və bir neçə genelevlərin sahibidir.

Hazırda isə fotoda göstərdiyim Sabunçu Dəmiryol Vağzalının tinində düz Polis İdarəsi ilə üzbəüz, elə öz adıyla tanınan “Sonanın Kafesi” adlı yer fəaliyyət göstərir”.