Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar varbackend

Polis üç rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Z.Ağayev Biləsuvar rayonu ərazisində saxlanılıb.

NOCOMMENT xəbər verir ki, üzərinə keçirilən baxış zamanı ondan 6 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evin həyətyanı bağ sahəsinə keçirilən baxış zamanı torpağa basıdırılmış plastik qabın içərisindən 2 kiloqram 89 qram narkotik vasitə heroin, 1 ədəd üzərində “VZOR 70” yazılmış tapança və 16 ədəd patron aşkar edilib.

Bundan başqa, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini Ramazan Maqamedov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 24 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə R.Maqamedovun Mahamalar kəndindəki evinə də baxış keçirilib və oradan sellofan torbada 4 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Daxil olmuş məlumat əsasında Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilinən, rayonun İsakənd kənd sakini Vüsal Məmmədov saxlanılıb.

Şübhəli şəxsə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, 368 kibrit qutusunda qablaşdırılımşış, ümumi çəkisi 1 kq 545.07 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.

Dindirilmə zamanı, narkotik vasitəni satmaq üçün özü əkdiyini bildirən Vüsal Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.