Bu gün və yaxın günlərdə istənilən etiraz aksiyası Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən dünən gecə baş vermiş hadisələrin davamı – Prezident sarayına basqın cəhdi kimi qiymətləndiriləcək və müvafiq tədbirlər görüləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb.
“Bu gün və yaxın günlərdə baş tutacaq istənilən aksiyanın dünənki cəhdin davamı olduğunu düşünməyə əsasımız var və ictimai asayişin, təhlükəsizliyin təhdid edilməməsi üçün müvafiq tədbirlər görəcəyik. Hər kəsi bu halı nəzərə almağa və məsuliyyətə cəlb edilməsi üçün əsas ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq”,- məlumatda deyilib.
Qeyd edək ki, Tiflisdə müxaliflərin aksiyası yenidən başlayıb.