Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması və nəticədə zərərçəkənə 21 min manatdan çox maddi ziyan vurulması, eləcə də digər bir nəfərin bank kartından 580 manatının oğurlanması barədə polisə məlumatlar daxil olub.
NOCOMMENT.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Emin Sədətquliyev, 26 yaşlı İsrayıl Cavadov və onlarla əlbir olan bir qadın müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların internet platformaları üzərindən oyunlar təşkil etməsi və əlavə qazanc əldə edəcəkləri vədi ilə vətəndaşları aldatması məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.\\Lent.az