Polisə nalayiq ifadələr söyləyən şəxs saxlanılıbbackend

Polisə nalayiq ifadələr söyləyən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, mayın 8-də saat 16 radələrində rayonun Maşat kəndi ərazisində “VAZ” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub.

O, polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədib.

Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.