Polislərə hücum edildi: 14 yaralı varbackend

Polislərə hücum edildi: 14 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada şəxsi mülklərdən birində təxliyyə həyata keçirən təhlükəsizlik qüvvələrinə bombalı hücum nəticəsində 14 polis yaralanıb.

NOCOMMENT xəbər verir ki, partlayışda 3-ü ağır olmaqla 14 polis əməkdaşı yaralanıb. Bölgəyə əlavə qüvvələr göndərildikdən sonra təhlükəsizlik nəzarəti təmin edilib.

Antioquia qubernatoru Annibal Gaviria Correa hücumun səbəbkarlarını tapmağa kömək edəcək şəxslərə böyük pul mükafatları veriləcəyini açıqlayıb. Kolumbiya mətbuatında çıxan xəbərə görə, hadisə özəl bir neft şirkətinin ərazisini zəbt edənləri polisə xəbər verməsi ilə başlayıb.

Polis əraziyə gəldikdən sonra maskalı şəxslərlə təhlükəsizlik qüvvələri arasında uzun müddət gərginlik yaşanıb. Ona molotof kokteyli və partlayıcı ilə hücum edən qrupa polis gözyaşardıcı qazla cavab verib.