Politico: Avropa ilə ABŞ arasında uçurum getdikcə genişlənirbackend

Politico: Avropa ilə ABŞ arasında uçurum getdikcə genişlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın “Politico” nəşri xəbər verir ki, prezident Donald Trampın dövründə Avropa ilə ABŞ arasında uçurum getdikcə genişlənir.

“Avropa ilə prezident Donald Trampın Amerikası arasında uçurum getdikcə genişlənir. İndi isə biz transatlantik alyansın şərtlərini yenidən müzakirə etmək üçün təcili ehtiyacla üz-üzəyik”, – deyə nəşr yazır.

NOCOMMENT.az xəbər verir ki, Avropa liderləri blokun təhlükəsizliyi məsələlərində artıq ABŞ-a arxalana bilməyəcəklərini anlamağa başlayıblar.

Məqalə müəllifləri vurğulayırlar: “Fakt budur ki, Avropa öz təhlükəsizliyində çox uzun müddətdir ABŞ-dan həddən artıq asılıdır. O, təkcə əsaslı şəkildə dəyişmiş təhlükəsizlik mühitinə görə deyil, həm də Amerikanın blokun təhlükəsizliyini təmin etmək marağının zəiflədiyinə görə öz müdafiəsi üçün daha çox məsuliyyət daşımalıdır”.

Eyni zamanda, onlar qeyd edirlər ki, blok ABŞ-ın əhəmiyyətli yardımı olmadan Ukraynanı dəstəkləmək üçün lazım olan hərbi resurslara malik deyil və həmçinin özünün müdafiəsinin böyük hissəsini təmin etmək üçün adekvat vəsaitə malik deyil. “Aİ-nin qarşısında duran imperativ aydındır: o, öz müdafiəsinə hazırda planlaşdırdığından daha çox sərmayə qoymalıdır”, – müəlliflər bildirir.

Eyni zamanda onlar etiraf edirlər ki, qitənin müdafiəsinə Avropa investisiyalarının artırılması çağırışları siyasi və iqtisadi maneələrlə üzləşir, çünki əksər Avropa ölkələrində “inkişaf ləng gedir, büdcələr sıxdır, ictimai rəy qütbləşir və sosial-iqtisadi modellər sual altındadır”.

“Bu arada, Vaşinqtonda Tramp administrasiyası Avropanın mürəkkəb qlobal strateji landşaftdakı yerini yenidən qiymətləndirir və çox güman ki, Ukrayna, Rusiya, Çin, ticarət, iqlim və daha çox məsələlərdə Avropa ilə razılaşa bilməz”, – məqalənin sonunda deyilir.