Von der Leyenin qərarları Aİ ölkələrini qıcıqlandırır
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr qeyd edir ki, von der Leyenin birtərəfli hərəkətləri ilə bağlı Aİ diplomatları arasında “artan qıcıq” var.
Diplomatlardan biri nəşrə bildirib ki, AK rəhbəri öz mandatını şərh edərkən “hər hansı digər prezidentdən irəli gedib”. Beləliklə, bu yaxınlarda o, Aİ ilə Merkosur ölkələri arasında ticarət sazişi imzalamaq qərarına gəlib.
Qəzet qeyd edib ki, fon der Leyen səlahiyyətindən kənar qərarlar qəbul etməklə artıq şöhrət qazanıb.