Ukrayna Prezidenti Volodimir Zelenskinin “bir nömrəli prioriteti” ABŞ Prezidenti Donald Trampı Ukrayna müharibəsinə daha dərindən cəlb etməkdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Trampın keçmiş müşaviri Stiv Bannona istinadən məlumat yayıb.
“Avropa pulları vəziyyəti bir qədər yumşaldır… .. Amma biz buna hələ də nifrət edirik. Bu, bizim müharibəmiz deyil və gərginliyin artırılması Amerikanın maraqlarına uyğun deyil”, – deyə Bannon vurğulayıb.
Qəzetin yazdığına görə, Trampı dəstəkləyən ABŞ-dakı MAGA hərəkatının üzvləri onun Ukraynaya dəstəklə bağlı mövqeyini bu qədər tez dəyişməsinə təəccübləniblər.
ABŞ Prezidenti Donald Tramp ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskidən niyə Ukrayna Silahlı Qüvvələrinin Moskvaya zərbə endirmədiyini soruşub. Zelenski isə cavabında bildirib ki, bunu edə bilərdi, əgər ABŞ Ukraynaya müvafiq silahları təqdim etsəydi. The Washington Postun (WP) məlumatına görə, Tramp Zelenskidən yalnız Moskvaya deyil, Sankt-Peterburqa qarşı da təzyiqi artırmağı istəyib.