Politoloq: Aİ Kiyevə yardımın dayandırılması ilə ticarət sazişinin nəticələrini qiymətləndirirbackend

Politoloq: Aİ Kiyevə yardımın dayandırılması ilə ticarət sazişinin nəticələrini qiymətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Kiyevə maliyyə yardımını dayandırmaqla, ABŞ ilə bağladığı ticarət sazişindən doğan iqtisadi zərəri hesablamaya çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri Araşdırmaları Mərkəzinin aparıcı elmi əməkdaşı, politoloq Konstantin Bloxin “Qazeta.Ru”ya müsahibəsində bildirib.

“Fikrimcə, bu fasilə Avropa İttifaqının ABŞ Prezidenti Donald Trampla əldə etdiyi razılaşmadan irəli gəlir. Tramp, əslində, avropalılara öz şərtlərini diktə etməyə nail oldu. İndi isə avropalılar bu razılaşmadan irəli gələn iqtisadi zərəri hesablayırlar. Avropa Komissiyası Aİ-nin Ukraynaya yardım üçün nə qədər maliyyə vəsaiti ayıra biləcəyini müəyyənləşdirməyə çalışacaq,” – deyə politoloq bildirib.

Bloxin onu da istisna etməyib ki, Kiyevdə bu fasilə Avropa İttifaqının Ukraynanı qorxutmaq və onun hökumətini “nizam-intizama dəvət etmək” cəhdi kimi qiymətləndirilə bilər.