Politoloq: “Azərbaycan BRICS-ə qoşularsa…”backend

Politoloq: “Azərbaycan BRICS-ə qoşularsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, dünən Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə yer alan mühüm müddəalardan biri Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlaması, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləməsi və BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlamasıdır.

Bu məsələ ilə bağlı politoloq Tural Əliyev NOCOMMENT.az-ın suallarını cavablandırıb.

İlk öncə onu qeyd edək ki, BRİCS iqtisadi təşkilatdır, bu təşkilatın əsasnaməsində 3 prinsip var və bu prinsiplər ölkələrin oraya cəlb olunmasına maneçilik törətmir.  Qarışmamaq, bərabərlik və qarşılıqlı mənfəət: bu prinsiplərdən irəli gələrək Azərbaycanın bu təşkilatda təmsilçiliyi onun suverenliyinə, təhlükəsizliyinə heç bir təhdid yaratmır.

 

Bir daha söyləyirik ki, BRİCS hərbi blok deyil. Bu baxımdan ona üzv olan ölkələrin də potensialını nəzərə alsaq, üstəgəl Azərbaycanın bu üzv ölkələrlə qarşılıqlı şəkildə iqtisadi münasibətlərinin formalaşmasında coğrafi mövqeyi və Azərbaycan üzərindən daşınacaq nəqliyyat və digər enerji xətlərinin layihələrini birləşdirsək, bu, ölkəmizin gələcək iqtisadi potensialının gücləndirilməsinə gətirib çıxardacaq. Bugünkü dünyada gedən proseslər və bu proseslər fonunda Azərbaycanın istər Çinlə, istərsə də digər BRİCS -ə üzv olan ölkələr və Şanxay əməkdaşlıq təşkilatındakı ölkələrlə qarşılıqlı siyasi beynəlxalq, iqtisadi – diplomatik münasibətlərinin qurulması Azərbaycanın nəinki indiki, gələcəkdə də təhlükəsizliyinə ən böyük qarantiyadır. Çünki Azərbaycanın təklif etdiyi Şərq-Qərb, Şimal-Cənub dəhlizləri onun ərazisindən keçərsə və burada dövlətlərin iqtisadi maraqları nə qədər çox olarsa, bir o qədər də təhlükəsizlik zəmanəti artar. Buna əsasən, heç bir ölkə istəməz ki, Cənubi Qafqazda qarışıqlıq olsun və bu qarışılıqdan kimsə istifadə edib o dövlətlərin iqtisadi mənafelərinə xələl gətirsin. Yəni bütün aparılan siyasət bunun üzərindədir.
Bu baxımdan, Azərbaycanın istər BRİCS-də, istərsə də Şanxay əməkdaşlıq təşkilatında və yaxud digər beynəlxalq təşkilatlarda üzvlüyü Azərbaycan üçün heç bir təhdid yaratmırsa, milli maraqlarına zidd deyilsə, əksinə böyük iqtisadi potensial, iqtisadi inkişaf vəd edirsə, Azərbaycan orada böyük məmnuniyyətlə təmsil olunur.
Şanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı
Tural Əliyev son olaraq diqqətə çatdırıb ki, istənilən bir təşkilata üzv olmaq o təşkilatda formalaşan və oturuşmuş dövlətlərin dəvətindən asılıdır, yəni dəvət səmimi və qarşılıqlı faydalılıq baxımından önəmlidirsə, Azərbaycan o təşkilatda təmsil olunur. Hansısa bir nöqtədə milli maraqlarımıza zidd olan hər hansı bir kiçik amil olduğu halda, təbii ki, Azərbaycan ora qoşulmur.
Elnur Quliyev