Politoloq: “Bu platforma dünya üçün yeni bir mənzərə formalaşdırır”backend

Politoloq: “Bu platforma dünya üçün yeni bir mənzərə formalaşdırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“3+3” platforması bütövlükdə həm Cənubi Qafqaz regionunda, həm də Asiyada yeni reallıqlar yaradır. Əslində “3+3” əməkdaşlıq platforması dünya üçün yeni bir mənzərə formalaşdırır və praktiki olaraq bu platformada iştirak edən bütün ölkələr ortaya səmimi niyyətlər qoysalar, o zaman, doğrudan da, “3+3″ – ü çox ciddi formasiyalı bir əməkdaşlıq platforması kimi nəzərdən keçirmək mümkün olar.

Bu fikirləri  NOCOMMENT.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Bilməliyik ki, bu platformada iştirak edən hər bir dövlətin özünün bölgə ilə, dünyada baş verən siyasi proseslərlə bağlı fərqli mövqeləri ola bilər. Buna əsasən, “3+3” bir daha nümayiş etdirib ki, dövlətlərin qlobal münasibətlər sistemində bir-birindən fərqli mövqeləri mövcud olsa da, dünyanı narahat edən proseslərdə onların eyni mövqedən çıxış etmək imkanları var.

Bu baxımdan “3+3”-ün görüşü, İstanbul görüşü və ondan sonra verilən bəyənatla hesab edirəm ki, bu əməkdaşlıq platforması uğurlu olduğunu növbəti dəfə göstərmiş oldu. Həmçinin bu platformanın gələcək görüşləri üçün gözəl bir zəmin yaradır.

 

Elnur Quliyev