Politoloq: “Ermənistanın bu təşkilata üzvlüyü heç cür mümkün deyil”backend

Politoloq: “Ermənistanın bu təşkilata üzvlüyü heç cür mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftənin ən vacib hadisəsi, şübhəsiz ki, BRİCS konfransıdır. Bugün dünyanın ən önəmli iqtisadi təhlilçiləri və proqnozçuları da bildirirlər ki, qarşıda BRİCS-in çox böyük 5 missiyası var:

1) Bugün BRİCS dünyada formalaşan yeni geopolitik konfiqurasiyaların mərkəzi halına gəlir;

2) BRİCS-ə üzv olan ölkələrin hər biri həm əhali sayına, həm də dünya iqtisadiyyatındakı çəkisinə görə vacib nöqtəni təşkil edirlər;

3) BRİCS üzvü olan ölkələr təkcə iqtisadi yox, siyasi gücünə görə də çox önəmlidir.

4) Açıq etiraf eləmək lazımdır ki, bugün Rusiya, Çin, Hindistan, eyni zamanda Braziliya və Cənubi Afrika Respublikası siyasi baxımdan bir çox beynəlxalq təşkilatlara təsir göstərə və yaxud da bir sıra siyasi proseslərə yön verə biləcək ölkələrdir.

5) Ən nəhayət, BRİCS platforması bugün bizə təqdim edilən ənənəvi Avropa İttifaqı və bu qəbildən olan Qərb mərkəzli iqtisadi sistemlərə qarşı vacib bir nəfəslik rolunu oynayır. Əvvəla, bilirik ki, Şanxay əməkdaşlıq təşkilatı da bu formada vacib əhəmiyyətə malikdir. Onun da dəyəri get-gedə qalxır. BRİCS-in belə inkişaf etməsi nəticəsində Azərbaycan və Türkiyə başda olmaq üzrə bir çox ölkələr ona üzv olmaq niyyətlərini bəyan ediblər.

Bu fikirləri  NOCOMMENT.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Tural İsmayılovv
 

Cənab prezident İlham Əliyev Kazanda BRİCS konfransına qatıldı və burada biz yenə Azərbaycan prezidentinə çox böyük ehtiram və hörmət göstərildiyinin şahidi olduq. Yəqin ki, yaxın gələcəkdə Azərbaycan və Türkiyə BRİCS-də əvvəlcə müşahidəçi qismində, daha sonra isə tam üzv kimi tanınacaqdır.

Eyni zamanda, BRİCS çərçivəsində bir sıra vacib məqamlara toxunuldu və ona qarşı informasiya hücumu həyata keçirən bəlli Qərb dairələri bu platformanı gözdən salmağa çalışırlar. Amma gələcəyin reallığının Şanxay əməkdaşlıq təşkilatı, BRICS kimi təşkilatlardan keçdiyini onlar özləri də yaxşı bilirlər və hətta o dərəcədə ki, özlərinin agenturası olan Sorosçu Paşinyan hakimiyyətini belə bu konfrasdan yayındırmağa çalışırdılar. Aydın şəkildə görürük ki, simasız Ermənistan hökuməti Rusiyanın əleyhinə, Şərq mərkəzli təşkilatlarının əleyhinə kampaniyalar aparsa da, sonda məcburən gedir BRİCS toplantısına. Açıq etiraf edək ki, Ermənistanın bu təşkilata üzvlüyü heç cür mümkün deyil, çünki onun müstəqil siyasi gücü yoxdur. Bu baxımdan gələcəkdə hansısa bir formada BRİCS platformasına qatılması, zənnimcə, o qədər də ağla batan görünmür.

 

Elnur Quliyev