Ermənistanın Avropa dövlətləri ilə hərbi əməkdaşlığı ölkənin təhlükəsizliyini təmin etmək gücündə deyil.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan “Sputnik Armenia”ya müsahibəsində deyib.
“Fransa Afrikadakı “biabırçı qaçış”dan sonra Ermənistanın xilaskarı rolunu oynaya bilməyəcək. Əgər nəsə baş versə, nə Fransa legionu, nə də başqa birlik Ermənistan uğrunda döyüşəcək. Ən yaxşı halda onlar bir neçə zirehli texnikanın ötürülməsi və “Sezar” özüyeriyən artilleriya sistemlərinin tədarükü ilə kifayətlənəcəklər”, – Q.Balasanyan bildirib.
Ekspert Ermənistanın Rusiya ilə əməkdaşlığına diqqət çəkib və vurğulayıb ki, düzgün işləməklə yaxşı hərbi-texniki əməkdaşlıq qurmaq olardı.
Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb. Tərəflər ikitərəfli razılaşmaların yerinə yetirilməsi barədə danışıblar.