Politoloq həyəcan təbili çaldı: “İran meyxanaçılar üzərindən insanlara təsir edir”backend

Politoloq həyəcan təbili çaldı: “İran meyxanaçılar üzərindən insanlara təsir edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda iki zümrə var ki, İran xüsusi xidmət orqanları oraya asanlıqla nüfuz edə bilir: İdmançılar və meyxanaçılar”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri politoloq Bəhruz Həsənov deyib. Onun sözlərinə görə, idman təbii sağlamlıqdır, amma sağlam bədəndə sağlam ruhun olacağı mütləq həqiqət deyil:
“Tatamidə uğur qazanan əksər idmançılar ya kriminal aləmin üzvünə çevrilir, ya da hansısa radikal dini cərəyanın ən yaxşı halda nüfuz agentinə. Bəlkə də gənclər sadəcə olaraq, özlərini axtarırlar və biz onlara istədikləri sosial-psixoloji mühiti təqdim edə bilmirik. Meyxana janrı isə özlüyündə bir sənət növüdür; xalq yaradıcılığıdır, niyə də olmasın? Bu janrı İran iltihabından xilas etmək lazımdır”.
Politoloqun sözlərinə görə, barmaqlarında əqiq daşlı qoşa üzüklərin bərq vurduğu meyxana ustaları öz auditoriyalarını tədricən “haqq yolu”na çəkirlər:
“Nəzarətsiz qalsa, bir müddət sonra meyxananın dili fars dilinə doğru əyiləcək. Gəlin analiz edək. Kimin auditoriyası daha genişdir, dövlət televiziyasında yayımlanan ciddi analtik bir verilişin ya “ağam, ağam…” qafiyəsi üzərində deyişən iki meyxanaçının?
Nəzərə alsaq ki, 10 milyonluq ölkəmizin ən az 5 milyonu meyxana həvəskarı, guya ki, “söz xridarı”dır, o zaman təhlükənin miqyasını daha dərindən anlamaq mümkündür.
Məncə, millətçi xəttin önünü açmaq vaxtıdır. Söhbət irqçilikdən getmir. Tərəqqipərvər, eyni zamanda milli-mühafizəkar düşüncə tərzinin daşıyıcıları ön plana çıxmalı, cəmiyyət həyatının lokomotivinə çevrilməlidirlər”. (Sfera.az)