Politoloq: Koronavirus bioloji silahdırbackend

Politoloq: Koronavirus bioloji silahdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada uzun müddətdir ki, COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri davam edir, lakin əldə olunan nəticələr elə də ürəkaçan deyil. Bu da zamanla insanları koronavirusun bioloji silah olaraq istifadə olunduğunu, süni şəkildə yayıldığını düşünməyə vadar edir.

“Kornavirusun süni şəkildə yayıldığına düşünmürəm. Infeksiya süni formada yayılsa idi, bu lokal əraziləri əhatə edərdi. Lakin bu virusun bioloji silah oluğunu düşünmək olar, amma bunu da sübut etmək lazımdır”.

Bu barədə NOCOMMENT.az-a politoloq Qabil Hüseynli danışıb.

Koronavirusun bioloji silah kimi istifadə edilə biləcəyini vurğulayan politoloq onu da qeyd edib ki, bu məsələyə birtərəfli yanaşmaq olmaz.

“Mən yüz faiz demirəm ki, bu virus bioloji silahdır, amma deyirəm ki, alternetiv olaraq bu barədə də fikir alış-verişi etmək lazımdır”.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayından etibarən koronavirus pandemiyası dünyada yayılmağa başlayıb.

Nərmin Vüqarqızı