Politoloq: Kreml Köçəryanı hakimiyyətə gətirəcək?backend

Politoloq: Kreml Köçəryanı hakimiyyətə gətirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Köçəryanın növbədənkənar seçkilərə komandası ilə gedəcəyi və qalib gələcəyi haqda iddialı çıxışları cəmiyyəti manipulyasiya etmək cəhdidir. O, bu yolla həm özünü güclü göstərməyə, həm də reytinq yığmağa çalışır.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son açıqlamalarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan cəmiyyəti həm hazırkı iqtidara, həm də müxalifətə inanmır: “Bu mənada düşünürəm ki, Ermənistanda növbədənkənar parlament seçkiləri olsa da, insanların əksəriyyəti seçkilərə gəlməyəcək.

O ki qaldı heç bir komandası, partiyası olmayan keçmiş prezident Robert Köçəryana, o, müharibəni biabırçı şəkildə uduzan Ermənistan iqtidarını savaşın nəticələri ilə ittiham edib, xalq arasında reytinq yığmaq üçün çalışır”.

Politoloq Köçəryana Rusiyanın dəstək verəcəyi iddialarına da münasibət bildirib: “Köçəryan növbədənkənar seçkilərə komandası ilə gedəcəyi təqdirdə buna rəsmi Moskva da maraq göstərəcək. Lakin düşünmürəm ki, Kreml Köçəryanı dəstəkləyəcək. Köçəryan və komandası seçkilərə qatılsa, ona Rusiyada yaşayan zəngin erməni iş adamları dəstək verə bilər. Bunun xaricində Moskva prosesi sadəcə izləyəcək”.