Politoloq Moskva görüşünün DETALLARINI AÇDI: Rəngi qaralan Paşinyan, Putinin işlətmədiyi kəlmə…backend

Politoloq Moskva görüşünün DETALLARINI AÇDI: Rəngi qaralan Paşinyan, Putinin işlətmədiyi kəlmə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan müxalifəti çox qaragüruhçu, şovinist və millətçidirlər. Yaxşı ki, onların sayı azdır və Paşinyana bata biləcək gücdə deyillər. Amma bununla yanaşı daha çox İrəvanda toplandıqları üçün orada aranı qatmağı bacarırlar. Ermənistan hakimiyyətində tərəddüd edənlər də çoxdur. Bunlar həm polis orqanlarında, təhlükəsizlik idarələrində, həm də ordudadırlar. Onlar tərəddüd içərisindədirlər və Paşinyana zəif də olsa təzyiq etmək alınır. Amma Paşinyanın komandası monoton olsaydı onlar heç nə edə bilməzdilər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Paşinyan Moskvada çox gərgin idi, bu, onun üzünə, simasına açıq əks olunmuşdu:

“Onun rəngi qapqara idi. Bu da onun qanının qara olduğunu açıq şəkildə büruzə verirdi. Üstəlik, o, Ermənistanın daxili auditoriyasına yönəlmiş bəzi məsələləri qaldırmağa çalışdı. Bunu xüsusilə mətbuat konfransında dedi. Status və humanitar məsələlərin müzakirə edilməməsini söylədi. Ancaq humanitar məsələlər haqqında V.Putin çox geniş və ətraflı şəkildə məlumat verdi və bildirdi ki, bundan sonra da bu xətt davam etdiriləcək. Status məsələsi isə heç gündəmə gəlməməli idi. Bunun gündəmə gəlməsi bütövlükdə görüşün mahiyyətini tamamilə dağıda və görüşün üstündən qara xətt çəkə bilərdi. Azərbaycan prezidenti status məsələsini yaxına da qoymazdı. Həmçinin Putinin özü də Dağlıq Qarabağ kəlməsini işlətmədi, hər dəfə də Qarabağ dedi. Azərbaycanla da strateiji müttəfiqliyin günbəgün inkişaf etdiyini vurğuladı və bildirdi ki, Prezident İlham Əliyevlə münasibətləri çox yüksək səviyyədədir. Bütün bunlar onu göstərdi ki, bu görüş 10 noyabr görüşünü bir də təsdiqləmək və onun hüquqi, siyasi gücünü qoruyub saxlamaq üçün çağırılmışdı.

Q.Hüseynli qeyd edib ki, görüşün keçirilməsində ən başlıca səbəb isə bölgədə kommunikasiya vasitələrinin, logistik əlaqələrin, xüsusilə dəmiryolu və şosse yollarının daha da inkişaf etdirilməsi və bölgəni mühüm logistik mərkəzə çevirmək xarakteri daşıyırdı:

“Bu, həm Rusiyanın, həm də Türkiyə və Azərbaycanın, ən çox isə Ermənistanın maraqlarına cavab verir. Çünki Ermənistan Mehri dəmiryolundan istifadə edərək İrəvana qədər olan dəmiryolunu uzadacaq, daha sonra Gümrü-Qars dəmiryolundan yararlanaraq Bakı-Tbilisi-Qars dəmiryoluna daxil ola biləcək. Beləliklə, Ermənistan 2 beynəlxalq layihəyə qoşularaq blokadadan çıxır. Üstəlik, digər kommunikasiya vasitələri, internet, rabitə və digər əlaqələrin də Ermənistana gəlməsini təmin edir. Çünki Cənubi Qafqaz bölgəsinə gələn internet və digər optik xarakterli rabitə əlaqələrinin hamısı Azərbaycanın nəzarəti altındadır. Bu əlaqələrin bundan sonra Ermənsitana ötürülməsində də fayda olacaq. Bu, kommersiya xarakteri daşıyan işdir. Azərbaycan bu xətlərin sahibi kimi ondan daha çox gəlir əldə edilməsinə və regionu birləşdirməsinə dəstək verəcək. Bir sözlə, görüş əhəmiyyətli idi və orada Azərbaycanın diktəedici mövqeyi bir daha görüldü”.