Politoloq: “NATO ölkələri Türkiyənin BRİKS-ə üzv olmasına…”backend

Politoloq: “NATO ölkələri Türkiyənin BRİKS-ə üzv olmasına…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri Türkiyənin BRİKS-ə üzv olmasına qarşı çıxmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri politoloq Kərim Has “Paraqraf” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankaranın BRİCS-ə daxil olması Şimali Atlantika Alyansına üzvlüklə ziddiyyət təşkil etməyəcək, çünki Türkiyə uzun müddətdir ki, Rusiya və Çin də daxil olmaqla münasibətləri inkişaf etdirir. Hadisələrin bu inkişafı vektorun məntiqi davamı olacaq. O hesab edir ki, Türkiyənin NATO-dakı əsas müttəfiqləri – ABŞ və Böyük Britaniya “bu ölkənin addımını BRİKS-in anti-Qərb kursunu azaltmaq üçün bir fürsət kimi qəbul edəcəklər”.

Politoloq xatırladıb ki, Türkiyə “ağır iqtisadi böhran” yaşayır və buna görə də BRİCS-ə üzvlük ona “birləşmədən daha çox şey verəcək”. Ekspert qeyd edib ki, təşkilata qoşulmaq Ankara üçün gələcəkdə üçüncü ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq imkanları aça bilər.