Politoloq Paşinyanın bir nömrəli düşməninin adını açıqladıbackend

Politoloq Paşinyanın bir nömrəli düşməninin adını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aylardır müşahidə edirəm və gəldiyim qənaət budur ki, Ermənistanın baş naziri Nikol Paşinyana ən böyük problem yaradan mitinq keçirən daşnaklar və ya 74 yaşlı Vazgen Manukyan deyil. Paşinyana müharibədən sonra Azərbaycanla münasibətləri normallaşdırmağa mane olmağa çalışan əsas fiqur Ermənistanın Ombudsmanı Armen Tatoyandır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu şəxs daşnaklardan daha çox irəli gedib, Azərbaycan və azərbaycanlılar əleyhinə irqçi təbliğat aparır: “Vaxtilə işğal edilən sərhəd məntəqələrinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxır və iki ölkə arasında sərhədlərin müəyyənləşməsinə mane olur. Bundan başqa Armen Tatoyan başda prezident İlham Əliyev olmaqla Azərbaycan rəsmilərinin açıqlamalarını diqqətlə izləyir və guya həmin açıqlamalarda erməni millətinə qarşı nifrət olduğunu nümayiş etdirməyə çalışır.

Armen Tatoyan Nikol Paşinyanın siyasətini bəyənmir, ancaq bunu hələ ki, açıq söyləmir. Totoyan etirazını o zaman bildirdi ki, Ermənistan hökuməti Ombudsman aparatının büdcəsini azatlmaq istədi. Tatoyan seçkiyə qədər Paşinyanın adını çəkmədən onun siyasətinə qarşı təbliğatını davam etdirəcək”.