Politoloq Rumıniyada seçkilərin ləğv edilməsinin səbəbini açıqlayıbbackend

Politoloq Rumıniyada seçkilərin ləğv edilməsinin səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya Avropa Birliyində o qədər də uğur qazanmayan Sosial Demokrat Partiyasının 20 illik idarəçiliyindən yorulub.

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, RANEPA-nın professoru Natalya Xaritonova deyib.

“Georgeskunun ilk raunddakı qələbəsi çoxlarına ayıcı təsir bağışladı. Üstəlik, bu həm NATO, həm Aİ, həm də Moldovanın liderlərinə aiddir. Moldovalılar üçün o, yeni Jon Antonesku ola bilər”, – deyə o bildirib.

Politoloqun fikrincə, Georgesku ilk növbədə ölkənin maraqlarını düşünən sərt millətçidir. O əlavə edib ki, belə bir siyasətçinin hakimiyyətə gəlməsi rəsmi Kişinyov üçün “ciddi zərbə” olacaq. Bundan əlavə, Xaritonovanın sözlərinə görə, Avropa nümayəndələrinin ABŞ-ın seçilmiş lideri Donald Trampın Aİ-də daha bir tərəfdarının olacağı qorxusu səbəbindən seçkilərin ikinci turu ləğv edilib.

Noyabrın sonunda Kalin Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qalib gəlib. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb. İkinci yerdə müxalif “Rumıniyanın xilası ittifaqı” partiyasının lideri Yelena Laskoni qərarlaşıb. O, 19,18% səs toplayıb.