ABŞ-ın seçilmiş prezidenti Donald Tramp 2025-ci ilin 20 yanvarında hakimiyyətə gələnə qədər Ukraynanın NATO-ya üzv olacağına ümid etmək axmaqlıqdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, politoloq Konstantin Bloxin Lenta.ru-ya müsahibəsində deyib.
Ekspert ABŞ prezidenti postunu tərk edən Co Baydenin hərbi bloka qoşulması üçün Kiyevə təqdim etdiyi şərti belə şərh edib.
Bununla belə, Bloxin hesab edir ki, Qərb siyasətçiləri Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməyə və onu səfərbərlik yaşı həddini aşağı salmağa məcbur etməyə çalışırlar.
Bundan əvvəl Radanın deputatı Aleksandr Dubinski bildirib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrində səfərbərlik yaşını aşağı salsa, ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynanı NATO-ya dəvət edə bilər.
Rada deputatının fikrincə, ABŞ-ın indiki administrasiyası “gəncləri ətçəkən maşına ata bilər” ki, yeni seçilmiş prezident Donald Tramp münaqişəni dayandıra, audit apara və Demokratlar Partiyasının Ukrayna ilə bağlı oğurluqlarını müəyyən edə bilməsin. Beləliklə, Dubinski hesab edir ki, münaqişə ABŞ Konqresinə seçkilərə qədər daha iki il uzana bilər.