Politoloq: Trampa qarşı sui-qəsd onun….backend

Politoloq: Trampa qarşı sui-qəsd onun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları tarixində bir neçə dəfə prezidentlərə qarşı sui-qəsdlər təşkil olunub və bunun 4-ü ölümlə nəticələnib.

Bunu NOCOMMENT.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.

politoloq_Tural Əliyev

XXI əsrdə eks-prezident və hazırkı prezidentliyə namizəd Trampa qarşı mitinq zamanı bir sui-qəsdə cəhd olundu və maraqlıdır ki, bu həm Amerikada keçiriləcək seçkilərə, həm də Trampın özünün siyasi karyerasına və siyasi gələcəyinə necə təsir göstərəcək?!

Belə hesab edilir ki, baş verən akt əslində Trampın lehinə işlədi və o, Amerika vətəndaşları tərəfindən güclü bir liderə çevrildi. Ehtimal ki, onu yenidən prezident kürsüsündə görmək istəyənlərin sayı çoxalacaq. Çünki sui-qəsddən dərhal sonra Trampın məğrur dayanması və yumruğu ilə mitinq iştirakçılarına tərəf işarə verməyi o deməkdir ki, məni bu yolla yıxa bilməyəcəklər və biz birlikdə qalib gələcəyik.

Donald Tramp

Düzdür, Federal Tədqiqatlar Bürosu və hüquq mühafizə orqanları sui-qəsdin iştirakçısını dərhal zərərsizləşdirdi və onun arxasında kimin dayandığını biz bilməyəcəyik. Çünki indiyə qədər sui-qəsdlərin kimlər tərəfindən sifariş olunduğu heç vaxt bilinməyib. Hətta bir neçə il, 50 il, 100 il keçməsinə baxmayaraq, bugünə qədər bununla bağlı hər hansı bir açıqlama, yəni rəsmi açıqlama olmayıb. Doğrudur, versiyalar çox olub, amma rəsmi şəkildə sui-qəsdi kimin sifariş verdiyi barəsində hər zaman susub və üzərindən keçiblər. Yəqin ki, bu da belə olacaq və noyabrda keçiriləcək Trampla Bayden arasında seçki yarışının Trampın xeyrinə bitəcəyi ilə bağlı proqnozlar da var idi.

 

Trampa qarşı sui- qəsd edən terrorçu

Politoloqun sözlərinə görə, əslində digər versiyalardan biri də bu idi ki, Trampla Bayden arasında seçki kampaniyasının özü belə gərgin olacaq. Bu gərginlik artıq bugünkü sui-qəsdlə ən pik nöqtəsinə çatdı və Bayden bunu pisləsə də, bu Tramp tərəfdarlarının artmasına – Baydenin indiki administrasiyası əleyhdarlarının çoxalmasına gətirib çıxarda bilər.

Tural Əliyev son olaraq diqqətə çatdırıb ki, istənilən halda əgər bir dövlət başçısına və yaxud namizədə qarşı sui-qəsd olursa, məsuliyyət avtomatik olaraq hakimiyyətin üzərinə düşür. Kimə səs verəcəyi barədə tərəddüd edən qüvvələr və sadə vətəndaşların gözündə belə halla qarşılaşan istənilən namizəd qəhrəmana çevrilir.

 

Elnur Quliyev