Politoloq:Türkdilli dövlətlərdən Qarabağ məsələsində həmrəylik görmürükbackend

Politoloq:Türkdilli dövlətlərdən Qarabağ məsələsində həmrəylik görmürük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflər olsun ki, qardaş Türkiyə istisna olmaqla qalan digər Türkdill dövlətlərindən Qarabağ məsələsində həmrəylik və ortaq Türk maraqlarının icrasını görmürük.

Bunu politoloq Zaur Məmmədov NOCOMMENT.az-ın sorğusunu cavablandırarkən bildirib. Z.Məmmədov əslində bunun da bir neçə səbəbinin olduğunu qeyd edib:

“Biz müstəqillik əldə etdikdən sonra postsovet ölkələri olan həmin Türkdilli dövlətlərin tarixinə nəzər salsaq onların zaman-zaman daha qapalı siyasət yürütdüklərini görə bilərik. Son 10 il ərzində Azərbaycan və Türkiyənin fəallığı nəticəsində Türk dövlətləri arasında bir qədər də həmrəyliyin şahidi olmuşuq. Azərbaycan Türk dünyasında əsas aparıcı ölkələrdən biridir və rəsmi Bakı Mərkəzi Asiyadan Anadoluya qədər bütün Türk xalqlarının birləşməsi və güclənməsi üçün əlindən gələni etmişdir və beynəlxalq siyasətdə öz dəstəyini verib.

Hazırda Azərbaycanla Ermənistan arasında müharibənin getdiyi bir dövrdə təəssüflər olsun ki, Türk dünyası dövlətləri qəti şəkildə öz mövqelərini nümayiş etdirmədilər və yaxud etdirə bilmədilər. Bu isə Mərkəzi Asiyanın Türk dövlətləri üçün heç də yaxşı hal deyil. Bu onu göstərir ki, ya həmin dövlətlər özlərinin siyasi qərarlarında tam müstəqil deyillər, ya da ki, Türkiyə faktoruna bəziləri qısqanclıqla baxır.

Bu gün Ermənistan iqtisadi cəhətdən zəif, dünyada ən axırıncı yerlərdə olan ölkədir. Digər tərəfdən də ermənilər Türkləri özlərinə hər zaman düşmən biliblər və Ozbəkistanda, Qazaxıstanda qırğınlar törədiblər. Məhz həmin dövrlərdə azərbaycanlıların hesabına Qazax xalqı qırğından qurtarılmışdı. 1980-ci illərin axırlarında isə ermənilər Özbəkistanda qığınlar həyata keçirmişdilər. Belə olan təqdirdə onların bütün bunları unudaraq bu məsələdə ermənilərin xətirlərinə dəymək istəməmələri gülünc və utancvericidir. Bu kimi davranışları ilə əslində onlar öz dövlət və xalqların maraqlarının üstündən xətt çəkmiş olurlar”,-deyə politoloq vurğulayıb.

NOCOMMENT.az