Politoloq: Xankəndiyə icazəsiz gedən diplomatlar həbs oluna bilərlərbackend

Politoloq: Xankəndiyə icazəsiz gedən diplomatlar həbs oluna bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim üçün fərqi yoxdur, Dağlıq Qarabağa – Xankəndiyə və digər yerlərə rəsmi Bakıdan icazə almadan gedənlərə qarşı sərt tədbirlər görülə bilər. Hətta icazəsiz səfər edən diplomatların və digər şəxslərin həbsi də istisna deyil. Həmin şəxslərin iznsiz səfər etdiyi ərazilərdən güc vasitəsi ilə çıxarılması da nəzərdə tutulur”.

NOCOMMENT xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Prezidentin 6 yanvar müşavirəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bununla da biz dünyaya bəyan edəcəyik ki, suveren ərazilərimizə icazəsiz gələn şəxslərin səfərləri qeyri-qanunidir: “Burada həmin adamların rəsmi və qeyri-rəsmi şəxs olmasının heç bir fərqi yoxdur. Çünki Dağlıq Qarabağ artıq bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Bizim buna həm hüquqi, həm də siyasi əsasımız var. Digər tərəfdən, Xankəndiyə rəsmi Bakının icazəsi olmadan səfər edən diplomatlarla bağlı Azərbaycan diplomatik xətlə öz etirazlarını bildirəcək. Yəni buna davam edəcək. Bundan başqa həmin şəxslər “persona non-qrata” elan edilərək arzuolunmaz şəxslər siyahısına salınacaq. Artıq bizim belə bir təcrübəmiz var. İcazəsiz səfər edənlərə rəsmi Bakı sanksiya tətbiq edib onları “qara siyahı”ya sala bilər”.

Politoloq Xankəndiyə icazəsiz səfər edənlərlə bağlı rəsmi Bakının ata biləcəyi istisna olunmayan başqa addımlardan da bəhs edib: “Bizim Xankəndiyə yaxın zolaqlarda hərbi birləşmələrimiz də var. Hər halda icazəsiz səfər edən diplomatlar orada hərbi güclə də üzləşə bilərlər. Bu hal da istisna deyil. Çünki həmin ərazilər hərbi zonadır. Eyni zamanda, Azərbaycanın ərazisidir. Üstəlik, orada hələ də terrorçular var. Bizim hərbçilərimiz indi də oradakı terrorçularla mübarizə aparır”.