Polkovnik: 2021-ci il üçün hərbi hədəfimiz…backend

Polkovnik: 2021-ci il üçün hərbi hədəfimiz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Vətən müharibəsindən qalib çıxan və 27 ildir işğalda olan tarixi torpaqlarını xilas edən məğrur, yeni bir Azərbaycan görəcəyik. Artıq faktiki olaraq təmas xətti yoxdur, Ermənistanla dövlət sərhədi mövcuddur. Düşünürəm, bu reallıq 2021-ci ildə ölkəmiz üçün daha böyük işlər görməyə şərait yaradacaq.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov 2021-ci ildə Azərbaycan ordu quruculuğu sahəsində görüləcək işlər haqda danışarkən deyib.

O bildirib ki, ümumilikdə qarşımızda duran bir çox məsələlər var: “Xüsusilə də ordu quruculuğuna davam etməliyik. Gələn il də Ordumuzun inkişaf etməsi, güclənməsi həm ölkəmiz, həm də region üçün vacibdir. Ordumuz bundan sonra da modernləşdirilməlidir. 2021-ci ildə xüsusilə Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsini zəruri sayıram. Nəzərə almaq lazımdır ki, Hərbi Dəniz Qüvvələri düşündüyümüzdən də çox vacib və həyati bir qüvvədir. Bakı buxtasının, paytaxtın, həmçinin Xəzər sahilində yerləşən neft yataqlarının təhlükəsizliyi həyati önəm kəsb edir. Bu baxımdan 2021-ci ildə Hərbi Dəniz Qüvvələrinə diqqətin artırılmasını zəruri sayıram.

Xəzər dənizi milli maraqlarımız baxımından çox vacibdir. Milli maraqlarımızı qorumaq isə prioritetdir”.