Polkovnik DİN-dəki vəzifəsindən azad edilibbackend

Polkovnik DİN-dəki vəzifəsindən azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.

NOCOMMENT-in məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, S.Gözəlov işdən çıxarılıb. Onun yerinə hələlik təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti report-a faktı təsdiqləyib.

Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru təyin edilmişdi.