Polkovnik: Ermənilər Laçını talayırbackend

Polkovnik: Ermənilər Laçını talayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonalarında olan ərazilərdə separatçı ünsürlərin qanunsuz, vəhşi əməllərinə göz yumulub və yumulur.

Orada biabırçı bir vəziyyət var. Separatçı tör-töküntüləri, orada yaşayanlar alternativ yol açıldıqdan sonra Laçını tərk etməli olacaqlarını bilirlər. Ona görə əllərinə keçən hər şeyi talayırlar və əgər imkanları olsa, torpağı da maşınlara yükləyib apararlar.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Laçında separatçıların və orada yaşayan ermənilərin talançılıq etməsindən danışan hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik bu talançılığın, vəhşiliyin qarşısının alınmalı olduğunu bildirib: “Müdafiə Nazirliyimiz, Daxili İşlər Nazirliyi, Hərbi Prokurorluq, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi həm sülhməramlılara, həm də Ermənistan tərəfinə konkret və qəti xəbərdarlıq etməlidir. Törədilən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçıların beynəlxalq səviyyədə mühakimə edilməsinə nail olmalıyıq. Ukraynanın da sözügedən istiqamətdə fəaliyyətləri var və artıq nəticəsini verir – o təcrübədən istifadə edə bilərik. Əgər torpaqlarımızda talançılıqla məşğul olan və milyonlar yığan separatçıların bir neçəsi Bakıda cinayət məsuliyyətinə cəlb olunsa, digərləri bu əməlləri davam etdirməyə cəsarət etməz. Bir daha vurğulamaq istəyirəm ki, sülhməramlılar və Ermənistanın qarşısında məsələni elə qoymaq lazımdır ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”.